Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb.
“Armenpress” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
O bildirib ki, bu prinsiplər 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüş çərçivəsində razılaşdırılıb.
Görüş zamanı həmçinin Cənubi Qafqazdakı cari vəziyyət, o cümlədən regional kommunikasiyaların açılması məsələsi müzakirə olunub.