Ukrayna və Rusiya növbəti dəfə müharibədə ölən əsgərlərin cəsədlərinin mübadiləsini aparıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Şamsail Saraliyev məlumat verib.
Onun sözlərinə görə, Rusiya 29, Ukrayna isə 121 hərbçisinin meyitini geri alıb.
Qeyd edək ki, sonuncu dəfə ölkələr iki həftə əvvəl meyit mübadiləsi aparmışdılar. Həmin vaxt Moskva 69, Kiyev isə 100 hərbçisinin cəsədini almışdı.