Futbol üzrə Azərbaycan Premyer Liqasında dördüncü dövrənin növbəti oyunu keçirilib.
Senzor.az bildirir ki, XXVIII turun ikinci matçında "Kəpəz" və "Qarabağ" komandaları üz-üzə gəliblər. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüş Ağdam təmsilçisinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 21-ci dəqiqədə Julio Romao açıb. 52-ci və 56-cı dəqiqələrdə Olavio Juninyo dubl edib. Abbas Hüseynov 64-cü dəqiqədə fərqi dörd topa çatdırıb. Elvin Cəfərquliyev 69-cu dəqiqədə növbəti qola imza atıb. 88-ci dəqiqədə Redon Cica adını tabloya yazdırıb. Matçın yekun nəticəsini 90-cı dəqiqədə Latir Fal müəyyənləşdirib
Bununla da xallarını 69-a çatdıran Ağdam təmsilçisi sona 8 tur qalmış 11-ci ölkə çempionluğunu rəsmiləşdirib.
Günün digər oyununda isə "Neftçi" səfərdə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turun digər qarşılaşmaları martın 30-31-də keçiriləcək.