Rusiya sərhədçiləri Azərbaycanla sərhədə Paşinyanın xahişi ilə yerləşdirilib
SƏFİR SERGEY KOPIRKİN

Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan sərhədində Paşinyanın xahişi ilə yerləşdirilib.

 

TASS agentliyi xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin deyib.

 

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ildə Azərbaycanla sərhəddə müşahidə postlarının yerləşdirilməsini şəxsən xahiş edib.

 

Xatırladaq ki, ötən gün Rusiya Xarici İşlər Nazirliyi yaydığı açıqlamada Ermənistanın suverenliyinin yeganə real təminatının ölkədə Rusiya Federasiyasının 102-ci hərbi bazasının və rus sərhədçilərinin mövcudluğu olduğunu bildirib.

 

Rusiya XİN Ermənistan tərəfinin təhlükəsizliklə bağlı təkliflərini məntiqə zidd adlandırıb.

 

"Onların Ermənistandan çıxarılmasının ölkənin hərbi potensialını necəsə möhkəmləndirəcəyi təhlükəli demaqoqiyadır", - deyə Rusiya XİN bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.