Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) xüsusi təyinatlıları Mahaçqala və Kaspiyskdə yaşayış binalarının iki mənzilində silahlı terrorçuların fəaliyyətinin qarşısını alıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Dağıstanın təhlükəsizlik orqanları əməliyyat-axtarış tədbirləri zamanı terrorçuluq fəaliyyətində iştirak edən silahlı şəxslərin harada olması barədə məlumat alıblar. FSB xüsusi təyinatlıları Mahaçqala və Kaspiysk şəhərlərinin yaşayış massivlərində bir neçə mənzili nəzarətə götürüblər. Bitişik evlərin sakinləri təxliyə edilib.
Yaraqlıların aşkar olunduğu ərazidə terrorla mübarizə əməliyyatı üçün qanuni rejim tətbiq edilib.
Əməliyyat zamanı 3 nəfər saxlanılıb.
“Mülki əhali arasında xəsarət alanların, hüquq-mühafizə orqanları əməkdaşları arasında isə itkilərin olmadığı” bildirilir.