Bu gündən Rumıniya və Bolqarıstanın Şengen zonasına qoşulmasının birinci mərhələsi başlayıb.
Yerli KİV-in xəbərinə görə, bu gündən hər iki ölkənin vətəndaşları təyyarə və dəniz nəqliyyatı ilə hər hansı sərhəd və pasport nəzarəti olmadan digər Şengen zonasındakı ölkələrə səyahət edə biləcəklər.
Ancaq hələ ki, dəmir yolu və avtomobillə səyahət zamanı sərhəd nəzarəti tətbiq olunacaq.
Hələlik Rumıniya və Bolqarıstan Şengen zonasına tam qoşulmasını Avstriya bloklayır.