Bu gün Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasının yekunlarına dair Protokol imzalanıb.
Senzor.az xəbər verir ki, sənədi komissiyanın həmsədrləri - əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilə Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja imzalayıb.
Həmçinin Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Rumıniyanın Milli Sanitar Baytarlıq və Qida Təhlükəsizliyi İdarəsinin Sədri-Dövlət katibi Aleksandru Nikolae Boçu tərəfindən baytarlıq və qida təhlükəsizliyi sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb.