“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yalnız Ermənistanın sərhədləri daxilindəki ərazini bu ölkənin suveren ərazisi kimi tanıyır”.
“Sputnik-Armenia” xəbərinə görə, bu barədə adı çəkilən təşkilatdan bildirilib:
“Məsuliyyət zonası” anlayışı son dərəcə mürəkkəbdir. Ermənistan rəsmiləri bu məsələni gündəmə gətirməklə diqqəti konkret cavabdan daha çox ölkə daxilindəki vəziyyətə cəlb etmək istəyir. Bir daha bəyan edirik ki, 2010-cu ildəki razılaşmaya əsasən təşkilatın “məsuliyyət zonası” yalnız ona üzv olan istənilən dövlətin suveren sərhədləri ilə məhdudlaşan ərazisidir”.
Qeyd edək ki, martın 12-də keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan bu suala cavab verilməyəcəyi təqdirdə ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlüyündən imtina edəcəyini açıqlayıb.