Rusiya müsəlmanlarının ən böyük iftar mərasimi -
FƏLƏSTİN XALQI ÜÇÜN DUA EDİLDİ

Rusiyanın Tatarıstan Respublikasının mərkəzində Kazan şəhərinin 12 mindən çox müsəlman sakini və bir sıra İslam ölkələrindən olan diplomatların iştirakı ilə iftar süfrəsi açılıb.

 

Senzor.az İran mətbuatına istinadən bildirir ki, camaat namazında iştirak edənlər Beynəlxalq Qüds Günü ərəfəsində sionist rejimin Qəzzada qətliamının dayandırılması, Fələstin xalqının müqəddəs Qüdsün azadlığı uğrunda istəklərinin reallaşması üçün dua ediblər.

 

İslam dünyası (Kazan Forumu) mərasimi Rusiyada ən böyük iftar süfrəsi hesab olunur və mərasimdə müsəlmanlar camaat namazında iştirak etdikdən sonra birlikdə iftar edirlər.

 

Bu mərasimdə İran İslam Respublikasının Kazandakı baş konsulu və Fələstin, Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, Küveyt, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri kimi digər İslam ölkələrinin diplomatik nümayəndələri də iştirak ediblər.

 

Tatarıstan Respublikası Müsəlmanlarının Ruhani İdarəsinin rəhbəri bu mərasimlə əlaqədar jurnalistlərə müsahibəsində deyib: “Bu il 12 min nəfər üçün iftar süfrəsi aça bildik. Artıq Tatarıstan Respublikasının iftar süfrəsi qlobal mərasimə çevrilib və orada başqa ölkələrdən də qonaqlar iştirak edirlər.”

 

Yeri gəlmişkən, bu mərasimin iştirakçılarına Qurani-Kərimin bir nüsxəsi hədiyyə edilib.  Kazan Basması kimi tanınan bu nüsxə ilk dəfə 1803-cü ildə Kazan şəhərinin Asiya mətbəəsində çap olunub.


Senzor.az







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.