Rostov vilayətinə kütləvi dron hücumu
BİR GECƏDƏ UKRAYNANIN 53 PUA-sı VURULUB

Gecə saatlarında Rusiya ərazisi üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 53 pilotsuz uçuş aparatı vurulub. 

 

Senzor.az bildirir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Pilotsuz uçuş aparatları (PUA) Belqorod, Rostov, Saratov, Kursk vilayətlərində və Krasnodar diyarında məhv edilib.

 

Rostov vilayəti ən kütləvi hücuma məruz qalıb - orada 44 pilotsuz təyyarə məhv edilib. Krasnodar diyarında altı pilotsuz təyyarə, digər bölgələrdə isə bir pilotsuz təyyarə vurulub. 

O da qeyd olunub ki, hücum obyekti Morozovsk şəhərinin aerodromu olub. Rostov vilayətinin qubernatoru Vasili Qolubev sözügedən əraziyə “kütləvi PUA hücumu” olduğunu bildirib: “İlkin məlumatlara görə, hava hücumundan müdafiə qüvvələri Morozovsk rayonunda 40-dan çox hədəfi məhv edib. Hücum nəticəsində elektrik yarımstansiyasına ziyan dəyib. Elektrik təchizatının bərpası istiqamətində işlər aparılır”.

 

Ukraynalı bloqçular isə yazırlar ki, bu aerodromda son vaxtlar cəbhə xətti boyunca aktiv fəaliyyət göstərən Su-34 qırıcıları yerləşdirilib.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.