İstanbulda sənədsiz yaşayan 3623 Azərbaycan vətəndaşına pasport verilib
foto

Türkiyənin İstanbul şəhərində sənədsiz yaşayan 3623 Azərbaycan vətəndaşına pasport verilib.


Bu barədə Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İstanbul valisi Davut Gül ilə görüşündə bildirilib.


İstanbul valisi Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib, münasibətlərin strateji müttəfiqlik səviyyəsinə çatmasında prezidentlər Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin rolunu vurğulayıb.


Dövlət Komitəsinin sədri Türkiyə-Azərbaycan qardaşlığının bütün dünya ölkələrinə nümunə olduğunu söyləyib. Görüş zamanı “1990-cı illərdən etibarən Türkiyə Respublikasına (İstanbul şəhərinə) mühacirət etmiş və hazırda orada yaşayan Azərbaycan Respublikasının vətəndaşı olması ehtimal olunan şəxslərə, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş ailə üzvlərinə dair Tədbirlər Planı”nın icrasına dair bir sıra məsələlər müzakirə edilib. Qeyd olunub ki, indiyədək 7093 nəfərin müraciəti cavablandırılıb. Onlardan 3623 nəfərin pasport rəsmiləşdirilməsi və digər xidmət-sorğular həyata keçirilib. Bu prosesdə İstanbul valiliyinin rolu xüsusi vurğulanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.