Niderland Ukraynaya 24 müasir F-16 qırıcısı təhvil verməyi planlaşdırır.
Bu barədə Niderlandın müdafiə naziri Kaysa Ollonqren "Ukrinform"a müsahibəsində deyib.
"Ümumilikdə, biz 24 F-16 qırıcısını təhvil verməyə hazırlaşırıq. Hər şey hazır olan kimi onlar Ukraynaya təhvil veriləcək. Bu məqam ukraynalı pilotların və texniki heyətin hazırlığından, həmçinin infrastrukturdan asılıdır".
Onun sözlərinə görə, bu təyyarələrin təhvil verilməsi Niderland, Danimarka, ABŞ və digər ölkələrin birgə səyidir.
"Bizim koalisiya ümid edir ki, artıq bu yay biz F-16 qırıcılarının əvvəlcə Danimarkaya, sonra isə Niderlanda çatdırılmasına başlaya biləcəyik", - Niderlandın müdafiə naziri deyib.
O, həmçinin bildirib ki, baş nazir Mark Rutte ilə birlikdə F-16-ların Ukraynaya təhvil verilməsi ilə bağlı bütün imkanları müzakirə edib.
"Məncə, bizim ABŞ və Danimarka ilə birlikdə bu qərarı qəbul etməyimiz vacibdir. O vaxtdan bəri biz onun həyata keçirilməsini təmin etmək üçün çox çalışmışıq", - siyasətçi vurğulayıb.(APA)