Zelenski: “Ərdoğan başa düşməlidir ki...”

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başa düşməlidir ki, Ukrayna və Rusiya arasında danışıqların baş tutması üçün ölkəsi kifayət etməyəcək”.

 

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski RBK-ya müsahibəsində deyib.

 

“Türkiyə əsirlərlə bağlı bizə kömək etdi. Bu bir faktdır. Onlar vasitəçi olmaq istəyirlər. Amma Prezident Ərdoğan bilməlidir ki, təkcə Türkiyə vasitəçi kimi bizim üçün kifayət deyil. Bizim üçün sülh sammiti formatı daha yaxşıdır. Mən düşünmürəm ki, Türkiyə təkbaşına Putinin siyasətini sıxışdıra bilsin”, – Zelenski bildirib.

 

Onun sözlərinə görə, Türkiyə vasitəçilik missiyasını yerinə yetirə biləcək ölkələr siyahısında olacaq: “Bu gün planlaşdırdığımız format çox mürəkkəbdir, çünki bir çox müxtəlif ölkəni bir araya gətirməliyik. Hamısını toplamaq, format tapmaq, necə davam etmək olar - onlarla razılaşmaq lazımdır. Bax belə bir ölkə, inanıram ki, Rusiyanı sülhə məcbur etməyə cəhd edə bilər”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.