Ermənilər Naxçıvan istiqamətində də mövqelərimizi atəşə tutdular - AZƏRBAYCAN BU DƏFƏ DƏ ADEKVAT CAVAB TƏDBİRLƏRİ GÖRDÜ
YENİLƏNİB


Aprelin 7-si saat 17:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

 

Bu barədə Senzor.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

 

Qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.


**09:42


Ermənistan hərbçiləri sərhəddə atəş açdılar - 3 İSTİQAMƏTDƏ



Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 

Senzor.az bildirirki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

 

"Aprelin 6-sı saat 18:30-dan 22:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək, Basarkeçər və Gorus rayonlarının Cil, Günəşli və Xoznavar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonlarının Əyrivəng, Cəmilli və Hacılar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini ümumilikdə 16 dəfə olmaqla, müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub", – deyə məlumatda vurğulanıb.

 

Bildirilib ki, qeyd olunan bütün istiqamətlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.