Türkiyə Superkubokunun finalında “Qalatasaray” – “Fənərbağça” matçı baş tutmayıb.
Senzor.az bildirir ki, buna səbəb “Fənərbaxça”lı futbolçuların 3-cü dəqiqədə meydanı tərk etmələri olub.
Belə ki, Türkiyə Futbol Federasiyasının qərarları ilə razılaşmayan “Fənərbağça” oyuna U-19 komandası ilə çıxıb. Birinci dəqiqədə “Qalatasaray” hesabı açdıqdan sonra “sarı lacivərdlilər” meydanı tərk ediblər.
Başqa sözlə, “Fənərbaxça” prezidenti Ali Koç hakim təyinatlarına və “Trabzonspor” oyununda baş verənlərə görə Türkiyə Futbol Federasiyasına etirazını bu şəkildə bildirib.
İnsidentlə bağlı Türkiyə Futbol Federasiyası yaxın müddətdə qərarını açıqlayacaq.
“Fənərbağça”ya texniki məğlubiyyətin veriləcəyi və “Qalatasaray”ın Superkubokun qalibi elan olunacağı gözlənilir.