Cənubi Qafqazda sülhün tez təmin olunması üçün hər şey edilməlidir - AVROPA ŞURASININ BAŞ KATİBİ
YENİLƏNİB

Cənubi Qafqazda sülhün mümkün qədər tez təmin olunması üçün hər şey edilməlidir.


“Armenpress” xəbər verir ki, bunu İrəvanda səfərdə olan Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşündə deyib.


O bildirib ki, regionda sülhün alternativi yoxdur.


Baş katib söyləyib ki, sülhün təmin olunması və onun mümkün qədər uzunömürlü olması üçün çalışmaq lazımdır.


Qeyd edək ki, M.Peyçinoviç-Buriç Ermənistanda səfərdədir. O, Ermənistanın bir sıra rəsmi şəxsləri, o cümlədən baş nazir Nikol Paşinyanla görüşüb. M.Peyçinoviç-Buriçin qarşıdakı günlərdə Azərbaycana səfəri də gözlənilir.

**14:40

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Ermənistanda səfərdədir.


Bu barədə Avropa Şurasının Baş katibi "X" hesabında bildirib.


"Bu gün İrəvanda Baş nazir Nikol Paşinyanla əla görüşümüz baş tutdu. Avropa Şurası Ermənistanı islahatlar prosesində dəstəkləməyə davam edəcək. Səmimi qəbula və görüşə görə nazir Ararat Mirzoyana da təşəkkür edirəm", - Baş katib qeyd edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.