Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının Minskdə keçiriləcək iclasında iştirak etməyəcək.
Senzor.az bildirir ki, bu barədə yerli KİV-ə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
“Mirzoyan MDB üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının aprelin 12-də Minskdə keçiriləcək iclasında iştirak etməyəcək”, - deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl Ermənistan MDB ölkələrinin İqtisadi Şurasının Moskvada keçirilən 101-ci iclasına yüksək səviyyəli nümayəndə heyətini göndərməkdən də imtina etmişdi.
Senzor.az