Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev İtaliya xarici işlər nazirinin müavini Edmondo Çirielli ilə görüşüb.
Bu barədə İtaliya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan və İtaliya arasında mükəmməl ikitərəfli münasibətlərə və strateji tərəfdaşlığın əhəmiyyətinə diqqət yetirilib.
"Azərbaycan Qafqazın sabitliyi və inkişafı üçün İtaliyanın daha böyük rolunu dəstəkləyir", - İtaliya XİN-dən bildirilib.
Görüş aprelin 8-də baş tutub.