İsrail İranın nüvə obyektlərinə zərbə endirməyə hazırlaşır.
Bu barədə Londonda fəaliyyət göstərən “Elaph News” Qərbdəki təhlükəsizlik mənbələrinə istinadən məlumat paylaşıb.
Bildirilib ki, İran Dəməşqdəki konsulluğuna zərbə endirməsinə cavab olaraq İsrailə hücum edərsə, İsrail İrandakı hədəfləri vuraraq qarşılıq verəcək.
Nəşrin məlumatında bildirilib ki, İsrail son günlərdə İranın nüvə obyektlərinə, eləcə də digər vacib obyektlərə zərbə endirilməsini nəzərdə tutan hərbi hava təlimləri keçirir.