Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının fəaliyyəti daha 2 il uzadıla bilər.
“Armenpress” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bu məsələ ilə bağlı müzakirələr gedir.
Hökumət başçısının sözlərinə görə, bu məsələ Praqada keçirilən dördtərəfli görüşün nəticəsidir: “Praqa görüşünün növbəti ən mühüm razılaşması Ermənistan və Azərbaycanın Alma-Ata bəyannaməsi əsasında iki ölkə arasında sərhədin demarkasiyasına razılıq verməsidir. Bu o deməkdir ki, Ermənistanla Azərbaycan arasında yeni sərhəd xətti olmayacaq”.
Baş nazir qeyd edib ki, Praqa sazişləri və Alma-Ata bəyannaməsi uzunmüddətli sabitlik və sülhə töhfə verə bilər: “Praqada keçirilən dördtərəfli görüş Cənubi Qafqazın sabit və dinc olmasının açarıdır. Bu, həmçinin Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün əsasdır”.