Rusiya XİN İrəvana Qərbin regionda çirkin oyunlar aparması ilə bağlı xəbərdarlıq edib

Rusiya Azərbaycan və Ermənistanı hərbi ritorikanı azaltmağa çağırıb.


APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı erməni jurnalistin sualına cavabında bildirib.


O, ötən brifinqlərdə bu məsələyə toxunduğunu söyləyib.


“Biz tərəfləri hərbi ritorikanı azaltmağa çağırırıq. Hesab edirik ki, Bakı ilə İrəvan arasında olan bütün ərazi mübahisələri və iddiaları istisnasız olaraq siyasi-diplomatik metodlarla, sərhədlərin delimitasiyası ilə bağlı ikitərəfli komissiya çərçivəsində həll olunmalıdır. Biz öz tərəfimizdən buna hər cür yardımı göstərməyə hazırıq. Rusiya, Azərbaycan və Ermənistan arasında olan üçtərəfli formatı israrla bərpa etməyə çağırırıq", - deyə Zaxarova vurğulayıb.


Rusiya XİN sözçüsü Qərbin Cənubi Qafqaz regionundakı fəaliyyəti ilə bağlı xəbərdarlıq da edib: "Qərbin regionda vəziyyəti destabilləşdirmək üçün çirkin oyunlar aparması ilə bağlı xəbərdarlıq edirik".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.