Türkiyə Superkubokundakı insidentlə bağlı qərar verildi - “FƏNƏRBAĞÇA” CƏZALANDIRILDI

Türkiyə Futbol Federasiyası aprelin 7-də Şanlıurfada “Qalatasaray”la oynanılan, lakin “Fənərbağça”nın ikinci dəqiqədə meydanı tərk etməsi ilə yadda qalan matça görə sonuncuya hansı cəzanın verilməsi ilə bağlı qərarını müəyyənləşdirib.

 

“Haber Global” bildirir ki, matçın yarımçıq qalması səbəbindən “Fənərbağça”ya 3:0 hesablı texniki məğlubiyyət verilib.

 

Komanda TFF-nin bir qədər sonra təyin edəcəyi təzminatla yanaşı, dörd milyon lirə cərimə də olunub.

 

Bununla yanaşı, “Fənərbağça” Klubu İdarə Heyətinin üzvü Ahmet Ketenci komandanı yarışdan kənarlaşdırmaqla idmana uyğun olmayan davranışına görə 60 günlük hüquqi məhrumiyyət və 520 min lirə cərimə edilib.

 

Eyni yarışmada meydanda baş verən hadisələrə, çirkin şüarlara görə “Qalatasaray”a 212 min lirə cərimə kəsildiyi bildirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.