Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Əsas diqqət Yaxın Şərqdəki vəziyyətə yönəldilib. Rusiya tərəfi bir daha İsrailin aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna hava zərbəsini kəskin şəkildə pislədiyini vurğulayıb", - deyə məlumatda bildirilib.
Söhbət zamanı qeyd olunub ki, toxunulmazlığı müvafiq Vyana Konvensiyaları ilə təmin edilən diplomatik və konsulluq obyektlərinə edilən hər hansı hücumlar qəti şəkildə qəbuledilməzdir.
Lavrov və Abdollahian beynəlxalq və regional gündəmdəki cari məsələlər üzrə yüksək səviyyədə koordinasiyanın saxlanmasına sadiq olduqlarını təsdiqləyiblər.