İsrailin Baş naziri Benyamin Netanyahu İranın ölkəyə zərbə endirməsindən sonra ilk açıqlamasını verib.
Senzor.az bildirir ki, bu barədə The Times of Israel məlumat yayıb.
Baş nazir X sosial şəbəkəsində bəyan edib ki, İranın hava hücumu dəf edilib. O vurğulayıb ki, “İsrail və İsrail xalqı qalib gələcək”.
Yeri gəlmişkən, İsrail ordusunun nümayəndəsi Daniel Hagari keçirdiyi brifinqdə bildirib ki, İran gecə 200-dən çox raket və pilotsuz uçuş aparatı atıb və onların əksəriyyəti zərərsizləşdirilib.
Onun sözlərinə görə, hücum nəticəsində bir hərbi baza kiçik ziyan görüb.
İsrail mediası isə İranın yüzdən çox pilotsuz təyyarəsinin ABŞ tərəfindən İsrailin hava məkanından kənarda zərərsizləşdirildiyini yazıb.
Senzor.az