İran Prezidenti İbrahim Rəisi İsrailə edilən gecə hücumunu şərh edib.
“İran qüvvələri düşmənə mühüm dərs verdi. İstənilən məsuliyyətsiz cavab daha güclü hücumla qarşılanacaq”, - deyə o, yerli KİV-ə açıqlamasında bildirib.
Prezident hücumu İranın özünümüdafiə hüququ kimi qiymətləndirib.
Rəisi qeyd edib ki, bu müdafiə tədbiri İsrailin İran İslam Respublikasının obyekt və maraqlarına qarşı təcavüzkar hərəkətlərinə, xüsusən də İranın Dəməşqdəki səfirliyinə hücumuna cavab olub.