Cəbrayılda çoxlu mina və digər silah-sursat aşkar edilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan Senzor.az-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları Hovuslu kəndi ərazisindən 29 ədəd tank və piyada əleyhinə mina, 3 avtomat, 1 pulemyot, 1 qumbaraatan və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.