Azərbaycanla Türkiyə arasında hərbi informasiya sahəsində təcrübə mübadiləsi aparılıb
foto

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşavirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.


Senzor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. 


MN-in Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş nazirliyin Kommunikasiya Strategiyası ilə bağlı geniş məruzə ilə çıxış edib. Həmçinin Azərbaycan Ordusunun şanlı qələbəsi ilə nəticələnən 44 günlük Vətən Müharibəsində və sonrakı hərbi əməliyyatlarda informasiya sahəsində əldə edilən uğurlar və dezinformasiyalara qarşı aparılan mübarizə tədbirləri haqqında danışıb.


Sonra qardaş ölkənin nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrində kommunikasiya sahəsində görülən işlərə dair brifinq təqdim edib.

Görüşdə, hər iki ölkə ordularında strateji kommunikasiyanın, o cümlədən mətbuat və ictimaiyyətlə əlaqələr işinin təşkilinə dair ətraflı fikir mübadiləsi aparılıb, hərbi informasiya sahəsində birgə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.


Daha sonra türkiyəli nümayəndələr Mətbuat Xidməti, Hərbi Nəşriyyat, “Azərbaycan Ordusu” qəzetinin redaksiyası, Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin fəaliyyəti ilə tanış olublar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.