Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinin sakinləri ilə Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası məsələlərini müzakirə etmək üçün yenidən görüş keçirib.
Senzor.az bildirir ki, bir neçə dəqiqə əvvəl hökumət başçısı sosial şəbəkələrdə görüşün başa çatdığını yazıb.
O, başqa təfərrüatları açıqlamayıb.
Xatırladaq ki, Voskepara əvvəlki səfər bir ay əvvəl - martın 18-də baş tutmuşdu. Orada Paşinyan rezonans doğuran bəyanatla çıxış edərək delimitasiya məsələsinin müzakirəsindən imtinanın Azərbaycanla yeni müharibəyə gətirib çıxara biləcəyini demişdi.
Senzor.az
**11:22
Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinə gəlib.
Bu barədə “news.am” məlumat yayıb.
Qeyd edək ki, Paşinyan bu il ikinci dəfədir adıçəkilən kəndə gəlib.