İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın Tatarıstan bölgəsinin Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə Azərbaycanla Tatarıstanın iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə edilb.
Bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, tərəflər arasında sənaye parkları çərçivəsində birgə fəaliyyətin dəstəklənməsi, sərmayələrin təşviqi üçün mövcud potensialdan istifadənin genişləndirilməsi və ticarət əlaqələrinin gücləndirilməsi müzakirə obyekti olub.