Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Salome Zurabişvilini müvafiq qanun layihəsini tənqid etdiyinə görə “xarici agent” adlandırıb.
TASS bildirir ki, çərşənbə günü Gürcüstan parlamenti plenar iclasda birinci oxunuşda Zurabişvilinin, müxalifətin və Qərb diplomatlarının əleyhinə çıxış etdiyi xarici agentlər haqqında qanun layihəsini təsdiqləyib.
Prezident bildirib ki, xarici agentlər haqqında qanun üç oxunuşda qəbul olunarsa, ona veto qoymağı planlaşdırır.
“Salome Zurabişvilinin özü də xarici agentdir, buna görə də onun ala biləcəyi yeganə səs xarici qüvvədir, bu barədə dəfələrlə danışmışıq”, - Kobaxidze brifinqdə deyib.