Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb
Üzbəüz
Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb.
Senzor.az xəbər verir ki, sənədi 206 nəfər imzalayıb.
Məktubda deyilir:
“Hörmətli Norveç Nobel Komitəsinin rəhbərliyi və üzvləri,
Biz – Azərbaycan QHT-lərinin, Qarabağ və Şərqi Zəngəzur sakinlərinin təmsilçiləri olaraq, Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizəd kimi irəli sürülməsi barədə mediada yayılmış xəbərləri hiddətlə qarşılayır, bu barədə Azərbaycan ictimaiyyətinin qəti mövqeyini diqqətinizə çatdırmaq istəyirik.
Ruben Vardanyanın həyat və fəaliyyəti Nobel Sülh Mükafatının rəhbər tutduğu ideal və dəyərlərə təhqir səciyyəsi daşıyır, bu adların yanaşı çəkilməsinin özü belə bu ali mükafatın dünyada qəbul edilmiş yüksək nüfuzuna ləkə gətirə, beynəlxalq ictimaiyyəti çaşdıra bilər.
Çirkli pulların yuyulması ilə sərvət toplamış kriminal ünsür, terrorçuluğu maliyyələşdirən sima kimi Ruben Vardanyan barədə ağır ittihamlar var. O, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış və sonradan özünü buraxmış qondarma separatçı rejimin – hərbi xuntanın bir müddət aparıcı rəhbər şəxslərindən biri olub.
Həmin dövrdə onun məhz sülhə əngəl olmaq niyyəti ilə Qarabağa gəlişi və ardıcıl yaydığı təxribat xarakterli açıqlamalar vəziyyəti artan xətt üzrə gərginləşdirib, o, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmağa çalışıb.
Beynəlxalq hüquq normalarını heçə sayan Vardanyan Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü təhdid edib, fəaliyyəti ilə Azərbaycan ərazisində “boz zona”nın saxlanmasını təşviq edib, azərbaycanlı məcburi köçkünlərin Xankəndiyə, Xocalıya və digər yaşayış məntəqələrinə qayıdışına mane olub.
Ruben Vardanyan kimiləri üçün çirkli pullardan müqəddəs heç nə yoxdur. Onu həmin dövrdə Qarabağa gətirmiş əsas motivlərdən birinin də məhz Ermənistan ordusunun Qarabağdakı tör-tökünlərini yenidən təşkilatlandırmaq yolu ilə Azərbaycanın bu ərazilərdəki qızıl və mis-molibden yataqlarını qanunsuz istismar etmək və daşımaq olması istisna deyil.
Ruben Vardanyan 2023-cü ilin sentyabrında Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən Qarabağdan qaçmaq istəyərkən saxlanılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur. Hazırda barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ruben Vardanyanın bir çox ölkələrdə qaranlıq maliyyə fəaliyyətinə dair ciddi şübhələr var. 2019-cu ildə OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi) Vardanyanın qanunsuz fəaliyyəti ilə bağlı “Troyka Camaşırxanası” adlı araşdırma hesabatını dərc edib. Bu hesabatda Ruben Vardanyanın da iştirak etdiyi iddia edilən qeyri-qanuni fəaliyyətlərdən ibarət mürəkkəb şəbəkə ifşa edilib. 2019-cu ilin martında Avropa Parlamentinin üzvləri Avropa Komissiyasının sədrinə məktub yazaraq, “Troyka Dialoq”un keçmiş sahibi Ruben Vardanyana və “Troyka Dialoq”un “offşor sistemi” ilə əlaqəsi olan digər şəxslərə qarşı sanksiyaların tətbiq edilməsinin zəruriliyini bildiriblər. Məktubu Böyük Britaniya, İsveç, Almaniya və digər ölkələri təmsil edən 22 avropalı deputat imzalayıb.
Çirkli pullarla biznes imperiyası qurmuş beynəlxalq maliyyə fırıldaqçısı Ruben Vandanyanın əli dünyada günahsız insanların qanına bulaşıb, o, qanunsuz yollarla qazanc götürmək istədiyi hər yerdə terrorçuluğu maliyyələşdirməkdə iştirak edib.
Nobel Sülh Mükafatı özündə Alfred Nobelin təşviq etmək istədiyi sülh, barışıq və beynəlxalq əməkdaşlıq ruhunu təcəssüm etdirir. Biz Norveç Nobel Komitəsini çoxsaylı cinayətlərdə ittiham olunan Ruben Vardanyanla əlaqədar məsələyə yanaşmada Azərbaycan ictimaiyyətinin bu şəxs barədə aydın və qəti mövqeyini nəzərə almağa çağırırıq”.
Məktubu imzalayıb:
Fatma Səttarova - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının İdarə Heyətinin sədri
Ramil İskəndərli - "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri
Azər Allahverənov - “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri
Zaur İbrahimov - “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri
Günel Səfərova - “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri
Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti
Novella Cəfərova - D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri
Səidə Qocamanlı - İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri
Səadət Bənənyarlı - Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti-Azərbaycan Milli Bölməsinin İdarə Heyətinin sədri
Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti
Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri
Xatirə Vəliyeva - “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri
Vüqar Qədirov - "Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı" İctimai Birliyinin sədri
Leyla Hüseynova - "Sosial Rifah" Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyinin sədri
Könül Behbudova - “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri
Sevinc Alızadə - "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri
Rey Kərimoğlu - Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri
Mehriban Məmmədova - “Humanitar Tədqiqatlar” İctimai Birliyinin sədri
Xalid Kazımov - “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri
Tünzalə Abdüləlimova - "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri
Ceyran Həsənova - Şəhid Analarına Dəstək İctimai Birliyinin sədri
Telman Qasımov - “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri
Bəhruz Məmmədzadə - "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin sədri,
Mehdi Mehdiyev - Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri
Füzuli Rzaquliyev - "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin sədri
Ceyran Əzizova - “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri
Naibə Behbudova - “Qürur" Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri
Hafiz Səfixanov - "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri
Oktay Sadıqov - "Qaçqın və Deportasiya Olunmuşlara Dayaq" İctimai Birliyinin sədri
Roza Əliqızı - “Əsgər Ailəsi Cəmiyyəti" Vətənpərvərliyin Təbliği İctimai Birliyinin sədri
Fariz Xəlili - MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri
Aqil Camal - “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri
Şahin Camalov - "İnsan Hüquqları XXI əsr Azərbaycan" Fondunun prezidenti
Əhməd Abbasbəyli - “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri
Mayis Əliyev - "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri
Ayşən Hüseynova - Soyqırımı həqiqətlərinin tanıdılması İctimai Birliyinin nümayəndəsi
Şəhla Nağıyeva - Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyinin sədri
Davud Rəhimli - Əlil Təşkilatlar İttifaqının sədri
İradə Rizazadə - "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri