İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək - KALEDONİYALI SENATOR
YENİLƏNİB

İnanırıq ki, bu gün Azərbaycanla Yeni Kaledoniya arasında imzalanan əməkdaşlıq memorandumu sayəsində Fransa yürütdüyü siyasətdən çəkinəcək və bizim faydamıza olan addımlar atacaq.


Senzor.az xəbər verir ki, bu fikirləri Yeni Kaledoniya senatının üzvü Moris Vimian aprelin 18-də Milli Məclisdə keçirilən mətbuat konfransında səsləndirib.


“Fransa ilə Yeni Kaledoniya arasında kanak xalqının mənsubiyyətini qorumaq üçün müxtəlif sənədlər imzalanıb. Artıq 20-30 ildir ki, bu sənədlər var, amma onlar tətbiq edilmir. Ona görə də biz kanak xalqının mənsubiyyətini tam olaraq qoruyub saxlaya bilmirik”, - deyə Moris Vimian qeyd edib.

**16:22

Azərbaycan Respublikasının Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.


Senzor.az xəbər verir ki, sənədi Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Yeni Kaledoniya Konqresinin sədri Rok Vamitanın adından Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri, Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naiselin imzalayıblar.


İmzalanma mərasimində Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, bu sənəd parlamentlərimiz arasında əlaqələrin inkişaf etdirilməsi üçün hüquqi bazanın formalaşdırılması baxımından vacib əhəmiyyətə malikdir və əməkdaşlığımızın çərçivəsini müəyyənləşdirəcək.

Qeyd edək ki, Memorandumda bir sıra vacib məqamlar əks olunub. Sənəddə Azərbaycan və Yeni Kaledoniya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi naminə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi niyyəti ifadə edilib. Bu məqsədlə iki ölkənin parlamentlərinin komissiyaları, komitələri və orqanları arasında daimi əlaqələrin yaradılmasına kömək göstərilməsi, həmçinin parlament, beynəlxalq fəaliyyət təcrübələrinin öyrənilməsi və bölüşülməsi məqsədilə deputatlardan ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili nəzərdə tutulub.


Sənəddə tərəflər arasında əməkdaşlığı inkişaf etdirmək üçün deputatlardan ibarət müvafiq qrupun yaradılması və bu qrupun fəaliyyətinin hər vasitə ilə təşviqi də əksini tapıb. Bunlarla yanaşı, Azərbaycan ilə Yeni Kaledoniya arasında beynəlxalq parlament arenasında əməkdaşlığın müxtəlif istiqamətlərinin araşdırılması, nəzərdən keçirilməsi, inkişaf etdirilməsi və reallaşdırılması üçün fəal səylərin göstərilməsi planlaşdırılır. Tərəflər qanunverici orqanların səmərəli fəaliyyətinə müsbət töhfə verə biləcək təcrübə mübadiləsinin aparılması məqsədilə Milli Məclisin Aparatı ilə Yeni Kaledoniya Konqresinin Bürosu arasında daimi əlaqələrin yaradılmasına da razılıq veriblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.