Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda Azərbaycanla həmsərhəd Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinə gəlmişdi.
Senzor.az bildirir ki, erməni Teleqram kanalları indi onun Tavuşa helikopterlə gəldiyinə diqqət çəkiblər.
Bildirilib ki, Paşinyan bu əraziyə avtomobillə gəlsəydi, İcəvan-Noyemberyan yolundan keçməli olacaqdı. Bu yolun kiçik bir hissəsi isə məhz Azərbaycana qaytarılmalı olan kəndlərin birindən keçir. Beləliklə, məlum olur ki, erməni baş nazir bu addımı Azərbaycan qanunlarını pozmamaq üçün atıb.
Xatırladaq ki, N.Paşinyan Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinin sakinləri ilə görüşdə Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası məsələlərinə toxunub.