Zelenski ABŞ Konqresinin Nümayəndələr Palatasına təşəkkür etdi

ABŞ Konqresi Nümayəndələr Palatasının Ukraynaya yardımın maliyyələşdirilməsi və Rusiya aktivlərinin müsadirə edilməsinə dair qanun layihələrini təsdiqləməsi tarixi gedişatın düzgünlüyünü qorudu.

 

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dan çoxdan gözlənilən qərarları şərh edərkən deyib.

 

“Mən ABŞ Nümayəndələr Palatasına, hər iki partiyaya və şəxsən spiker Mayk Consona minnətdaram ki, tarixin düzgün gedişatını qoruyan qərara görə demokratiya və azadlıq həmişə dünyada önəmli olacaq və Amerika onları müdafiə etdiyi müddətdə heç vaxt uğursuz olmayacaq”, - deyə Zelenski əlavə edib.

 

Zelenski vurğulayıb ki, aprelin 20-də müharibənin yayılmasının qarşısını almağa, minlərlə insanın həyatını xilas etməyə, həmçinin Ukrayna və ABŞ xalqlarını daha güclü etməyə kömək olacaq mühüm qanun layihəsi qəbul edilib.

 

“Ədalətli sülh və təhlükəsizlik yalnız güc yolu ilə əldə oluna bilər. Biz ümid edirik ki, qanun layihəsi Senatda dəstəklənəcək və baxılmaq üçün Prezident Baydenə göndəriləcək”, - deyə Ukrayna Prezidenti bildirib.

 

Qeyd edək ki, qanun layihəsinə əsasən ABŞ Ukraynaya 61 milyard dollara yaxın məbləğdə yardım ayıracaq. Bundan başqa, Rusiyanın dondurulmuş 6 milyard aktivləri də Kiyevə veriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.