İranın İsrailə hücumlarının miqyası ABŞ rəsmilərini şoka salıb.
Bu barədə “Uoll Strit Jurnal” nəşri yazıb.
“İranın hücumunun miqyası aprelin 13-də Ağ Evin “situasiya otağına” toplaşanları şoka salıb. Bu, gözlədiyimiz həddən də yuxarı oldu”, - rəsmilərdən biri nəşrə açıqlamasında bildirib.
Qəzet yazıb ki, dünyada heç kim bu qədər ballistik raketin qarşısını ala bilməyib: “Vaşinqtonda hesab edirlər ki, ABŞ və İsrail eyni anda 50 ballistik raketin qarşısı ala bilərlər, amma 100-dən çox raketlə bağlı Pentaqon təminat verə bilmir”.