HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadası İsrailin şimalının “Qrad” raket sistemlərindən atəşə tutulmasının məsuliyyətini öz üzərinə götürüb.
Axar.az xəbər verir ki, bu barədə briqadanın məlumatında deyilir.
Məlumata görə, silahlılar Livanın cənubundan İsrail ordusunun Şomera qəsəbəsindəki kazarmalara doğru 20 raket atıblar.
"Bu əməliyyat İsrail rejiminin Qəzza zolağı və İordan çayının qərb sahilində dinc əhaliyə qarşı törətdiyi qırğınlara cavab olaraq həyata keçirilib", - məlumatda bildirilib.