Qazaxıstan və Böyük Britaniya strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb.
Bunu Qazaxıstanın baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu Astanada Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ilə görüşündən sonra bildirib.
Onun sözlərinə görə, strateji tərəfdaşlıq təhsil, maliyyə, kritik mineral hasilatı, müdafiə, təhlükəsizlik, elm və texnologiya sahələrini əhatə edəcək.