Türkiyə və İraq hərbi sahədə əməkdaşlığı gücləndirir.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.
O bildirib ki, Türkiyə regional və beynəlxalq sülh və sabitliyə töhfə verməkdə davam edir: “Prezidentimizin İraqa səfəri çərçivəsində hərbi təhsilə dair əməkdaşlıqla bağlı müqavilə, hərbi sağlamlıq sahəsində təhsil və əməkdaşlıqla əlaqədar protokol imzalanıb. Bununla hərbi sahədə əməkdaşlığın daha da güclənəcəyini düşünürük”.
Həmçinin qeyd olunub ki, rəsmi Ankara Bağdadın PKK terror təşkilatını “qanunsuz təşkilat” kimi tanınmasını alqışlayır: “İraqın PKK-nı “terror təşkilatı” kimi tanınması ilə nəticələnəcəyini gözləyirik”.