Tavuşda gərginlik artır: BƏZİ HƏRBÇİLƏR AKSİYAÇILARA QOŞULDU
YENİLƏNİB, VİDEO


Hərbi geyimdə olan şəxslərin Tavuşda, Kirants kəndində siyasi aksiyalara qoşulması ilə bağlı videolar yayımlanır.

 

Senzor.az bildirir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatında belə deyilir.

 

Bildirilib ki, Müdafiə Nazirliyinin hərbi polisi hərbi geyimdə olan şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və yayılan məlumatların qiymətləndirilməsi üçün tədbirlər görür.

 

Eyni zamanda, xəbərdarlıq edilib ki, silahlı qüvvələri siyasi proseslərə cəlb etmək cəhdinə adekvat hüquqi qiymət veriləcək.

 

Xatırladaq ki,  Ermənistan Teleqram kanallarının məlumatına görə, bəzi müqaviləli hərbçilər də etirazçılara qoşulub.




**22:56 (26.04.2024)



Tavuşun Kirants kəndində gərgin vəziyyət davam edir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya prosesinə etiraz edən sakinlərlə polis arasında qarşıdurma yaranıb.

 

Bununla bağlı Ermənistan “Telegram” kanallarında videogörüntülər də yayılıb və polisin etiraz edən sakinlərə qarşı güc tətbiq etdiyi bildirilib.

 

Bir neçə saat əvvəl qubernator Hayk Qalumyan etirazçıların yanına gələrək kənd sakinlərini radikal addımlardan çəkinməyə razı salmağa çalışıb. Amma onlar ona qulaq asmayıblar.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.