Ötən gün Qazaxın Quşçu Ayrım kəndində minaya düşərək xəsarət alan DSX-nın hərbçisi Vüsal İsmayılovun müalicəsi Xidmətin hospitalında davam etdirilir.
REAL TV-nin məlumatına görə, DSX-nın rəis müavini general-leytenant Əfqan Nağıyev kiçik çavuşa baş çəkib, səhhəti ilə maraqlanıb.
Sol baş barmağı amputasiya edilən hərbçi vəziyyətinin yaxşı olduğunu bildirib.
Daha ətraflı video-süjetdə: