Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirdi: SAXLANILANLAR VAR
VİDEO

Bu gün səhər saatlarından etibarən Ermənistanın Tavuş rayonunun Kirants kəndində etirazçılar yolu bağlayıblar.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı Ermənistan Daxili İşlər Nazirliyi yayıb.

 

Qısa müddət sonra hadisə yerinə polislər cəlb olunublar. Keçirilən əməliyyat nəticəsində 31 nəfər saxlanılaraq Tavuş Rayon Polis Bölməsinə aparılıb.

Onların hamısı Ermənistan Cinayət Məcəlləsinin 182-ci (hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama) maddəsi ilə həbs edilib.


Məlumatda o da deyilir ki, Ermənistan Müdafiə Nazirliyi Tavuş rayonunun Kirants kəndi və Qazax rayonunun Xeyrimli kəndi ərazisində ekspert qruplarının geodeziya ölçmələri əsasında dövlət sərhədinin koordinatlarının dəqiqləşdirilməsi üzrə işlərin həyata keçirilməsi məqsədilə minalardan təmizləmə işləri aparır.

 

“Polis isə mülki şəxslərin minalanmış ərazilərə daxil olmasının qarşısını almaq və onların təhlükəsizliyini təmin etmək üçün minalardan təmizləmə zonalarında gücləndirilmiş xidmət göstərir”, - deyə məlumatda vurğulanıb.


Hazırda Kirantsa bütün giriş-çıxış bağlanıb.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.