Türkiyə İsraillə ixrac-idxal əməliyyatlarını tamamilə dayandırıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.
“Dövlət səviyyəsində görülən tədbirlərin ikinci mərhələsinin həyata keçirilməsinə başlanılıb, bütün mal qrupları üzrə İsraillə ixrac-idxal əməliyyatları dayandırılıb”, - Nazirliyin açıqlamasında bildirilib.
Qeyd olunub ki, mövcud qadağa İsrail hökumətinin Qəzzaya fasiləsiz humanitar yardım çatdırılmasına icazə verənə qədər qüvvədə olacaq.
Xatırladaq ki, Türkiyə Statistika Qurumunun məlumatına görə, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 6,8 milyard dollar təşkil edib ki, bunun da 76%-i Türkiyənin ixracı olub.