Gürcüstan XİN Fransaya cavab verib: QEYRİ-OBYEKTİVSİNİZ

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Tbilisidəki etiraz aksiyaları ilə bağlı bəyanatına cavab verib.


"Report" xəbər verir ki, rəsmi Tbilisi Fransa XİN-i qeyri-obyektivlikdə günahlandırıb.


Bəyanatda qeyd olunub ki, Gürcüstan toplaşmaq və ifadə azadlığının ən yüksək səviyyəsinə malikdir. Lakin müəyyən qruplar hökumət binalarına və hüquq-mühafizə orqanlarına qarşı irimiqyaslı zorakılıqlar həyata keçirib.


"Fransa Xarici İşlər Nazirliyinin hüquq-mühafizə orqanlarının Tbilisidəki kütləvi toplantılara reaksiyası ilə bağlı bəyanatına cavab vermək istərdik. Gürcüstanda sərbəst toplaşmaq və ifadə azadlığı ən yüksək səviyyədə təmin edilir. Beləliklə, siyasi müxalifətə bağlı və xaricdən maliyyələşən zorakı qruplar hökumət binalarına və hüquq-mühafizə orqanlarına qarşı genişmiqyaslı zorakılıqlar həyata keçirsələr də, Gürcüstan hüquq-mühafizə orqanları bir neçə xoşagəlməz hadisə istisna olmaqla, ən yüksək insan haqları standartlarına uyğun hərəkət edib.


Sizi Gürcüstandakı hadisələri yaxından izləməyə dəvət edirik. Bununla belə, bəyanatınızda obyektivlik olmadığı üçün təəssüf edirik", - Gürcüstan XİN-dən vurğulanıb.


Xatırladırıq ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyi dünən bəyanat yayaraq Gürcüstanın əhalinin istəklərinə uyğun olaraq Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində səylərini davam etdirməli olduğunu qeyd edib.


“Fransa Gürcüstandakı vəziyyəti narahatlıqla izləyir. O, “Xarici təsirin şəffaflığı haqqında” sənədin müzakirəsindən sonra nümayişçilərə qarşı zorakılığın tətbiqini pisləyir. Gürcüstan öz əhalisinin istəklərinə uyğun olaraq Avropa İttifaqına yaxınlaşmaq üçün səylərini davam etdirməlidir”, - deyə Fransa XİN-dən qeyd olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.