Azərbaycanda media Böyük Britaniyadakı kimi azad, demokratik, sabit və firavandır.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auldun paylaşımına cavab olaraq "X"də yazıb.
O bildirib ki, Ferqus Auldun iddialarında ədalətlilik və qərəzsizlik çatışmır:
"Səfir, Azərbaycanda media azadlığının hərtərəfli nəzərdən keçirilməsini nəzərdən qaçıran dar perspektivə köklənən iddianızda ədalətlilik və qərəzsizlik yoxdur".
Xatırladaq ki, Ferqus Auld "X"dəki paylaşımında Azərbaycanda mediaya məhdudiyyət qoyulduğunu iddia edib.