Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Macarıstana səfər edəcək
Bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mayın 6-da Ermənistan XİN rəhbəri Mirzoyan Macarıstana rəsmi səfər edəcək. Səfər çərçivəsində Ararat Mirzoyan Macarıstanın yüksək səviyyəli rəsmiləri, o cümlədən XİN rəhbəri Peter Siyarto ilə görüşlər keçirəcək.
Nazirlərin görüşündən sonra birgə mətbuat konfransı keçiriləcək.