COP29-un prezidenti Muxtar Babayev Moskvada Rusiya Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş keçirib.
Bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.
“Rusiya Elmlər Akademiyası Xəzər dənizində yaşayış mühitinin mühafizəsi üçün innovativ həllər nümayiş etdirib. Dünyanın hidroloji dinamikada irəliləyişlərdən tutmuş vəhşi təbiətin tədqiqinə qədər effektiv tədbirlər görmək üçün ambisiyalı ideyalara və tərəfdaşlığa ehtiyacı var”, - paylaşımda qeyd olunub.