Ermənistanda Azərbaycanla sərhədin delimitasiyasına etiraz edənlərə qarşı cinayət təqibi başladılıb

Ermənistanın İstintaq Komitəsi aprelin 20-dən bəri Azərbaycan ilə sərhədin delimitasiyasına etiraz aksiyalarında iştirak edən 15 nəfərə qarşı cinayət təqibi başladıb.


Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.


Aksiya iştirakçıları tərəfindən törədilmiş cinayət əməlləri ilə bağlı 11 cinayət işi başlanıb: 7 iş yolları bağlayarkən xuliqanlıq əməlləri, əmlaka qəsdən zərər vurma, fiziki təsir göstərmə, polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olma, yol hərəkəti qaydalarının pozulması ilə bağlıdırsa, qalan 4 iş maşın təkərlərinə ziyan vurulması, aksiyalar zamanı zorakılığa çağırışlar, eləcə də silahların əldə edilməsi və saxlanması ilə bağlıdır.


Təqsirləndirilən 9 şəxs artıq həbs edilib, biri ev dustaqlığındadır. Daha 3 nəfər ölkəni tərk ermək qadağası ilə hələlik sərbəstdir, 1 nəfər inzibati nəzarət altındadır və onun ölkədən çıxışına qadağa var, 1 nəfər isə tərbiyəvi nəzarətdədir.


Bu hallarla bağlı istintaq davam edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.