İsrail ordusu Fələstinin radikal HƏMAS hərəkatının 20 batalyonunu məhv edib.
Senzor.az bildirir ki, bunu Amerikanın “Merit Street Media” telekanalına müsahibəsində İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“HƏMAS”ın 24 batalyonundan 20-ni məhv edə bildik. Rəfaha daxil olmaq istəyirik, çünki orada daha dörd batalyon var”, - deyə Baş nazir qeyd edib.
Eyni zamanda, Netanyahu İsrailin Rəfah əməliyyatı zamanı çox güclü müqavimətlə üzləşəcəyini etiraf edib, lakin İsrail hərbçilərinin bunun öhdəsindən gələcəyinə əmin olduğunu bildirib.