Solçu radikallar Berlin yaxınlığındakı “Tesla” zavoduna hücum ediblər.
RİA-Novosti-nin məlumata görə, onlar müəssisənin genişlənməsinə qarşı çıxırlar.
Polis təxribatdan qorxur, çünki etirazçılara əvvəllər transformator köşkünün yandırılmasına görə məsuliyyəti öz üzərinə götürən “Vulkan” qrupu dəstək verir.
Radikallar “Tesla”nın planlaşdırdığı istehsalı genişləndirməsindən ötrü 100 hektardan çox meşə ağaclarının kəsiləcəyindən narazıdırlar.