Tbilisidə on minlərlə insanın iştirak etdiyi aksiya başa çatdı - SABAHA XÜSUSİ HAZIRLIQ TAPŞIRIĞI
YENİLƏNİB, FOTO/VİDEO


Tbilisidəki Avropa meydanında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı on minlərlə insanın iştirak etdiyi nümayiş başa çatıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, etirazçılar ərazini tərk edirlər.

 

Bundan əvvəl təşkilatçılar səhnədən nümayişçiləri mayın 12-də saat 22:00-da parlamentin qarşısına  gəlməyi, üstəlik özləri ilə hər ehtimala qarşı 

gecə ərzində yağış paltarı, telefon yükləmə cihazı, su və lazım olan bütün ləvazimatları gətirməyi tapşırıblar.

 


**22:56 (11.05.2024)

 


Gürcüstanın paytaxtı Tiflisdə növbəti etiraz aksiyası keçirilir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, minlərlə etirazçı paytaxtın Avropa meydanına doğru yürüş edir.

 

Aksiyaçılar “Rusiya qanununa yox” şüarı səsləndirirlər.

 

Polis yol boyu insanların hərəkətinə hələlik mane olmayıb.

 

Xatırladaq ki, aprelin 15-dən Tbilisidə müxalifət və vətəndaş fəalları “xarici agentlər haqqında” qanunun qəbuluna qarşı mitinqlər keçirir. Bir neçə dəfə nümayişlər təhlükəsizlik qüvvələri ilə toqquşmaya çevrilib; xüsusi təyinatlılar Gürcüstan parlamenti yaxınlığında etirazçıları dağıtmaq üçün bibər qazı və su şırnaqlarından istifadə ediblər. 

 

Qanunun üçüncü oxunuşda qəbulu gələn həftə gözlənilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.